...

Azərbaycanın qeyri-neft sektorunda ÜDM üzrə real artım proqnozu 3 faizdən çox ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2009 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir N.İsmayılova/ Qeyri-neft sektorunun inkişafı məqsədilə görülən tədbirlər nəticəsində, 2008-ci ildə bu sektorda ÜDM-in real artımı 12 faiz proqnoza qarşı 15,7 faiz təşkil edib, - Azərbaycan Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan və Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçən iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Son beş ildə ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının nominal dəyəri 2,4 dəfə artıb. Bu, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş vergi güzəştləri və subsidiyaların nəticəsində olub. Bu dövr ərzində aqrar sektorda yaradılmış əlavə dəyər və real artım səviyyəsi 25,1 faiz təşkil edib.

"Dövlətin sosial-iqtisadi inkişaf proqramı son beş il ərzində qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun inkişafında vacib rol oynayıb", - Mustafayev deyib.

Bu dövr ərzində bu proqramın yerinə yetirilməsinə yönəlmiş sərmayələrin ümumi həcmi 6 mlrd. manat təşkil edib, bunun 2 mlrd. manatı 2008-ci ilin payına düşür. Dövlət proqramının həyata keçirilməsi nəticəsində xüsusilə də regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi xeyli yüksəlib.

Belə ki, son beş il ərzində 26,641 min müəssisə yaradılıb, 766,3 min yeni iş yeri açılıb. İş yerlərindən 547,6 mini daimidir.

2007-ci illə müqayisədə 2008-ci ildə rabitə sahəsində artım 28,2 faiz, nəqliyyat sektorunda - 13,5 faiz, tikintidə - 36 faiz, ticarət sahəsində - 17,5 faiz, pərakəndə ticarət dövriyyəsi üzrə - 16,1 faiz, əhaliyə pullu xidmətlər üzrə - 29,7 faiz təşkil edib.

Yanvarın 17-nə olan cari mübadilə məzənnəsi - 0,8039 AZN/USD təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti