...

Azərbaycanın regional bankı səhmlərin yeni emissiyası hesabına yeni səhmdar cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2009 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın regional bankı - Ganja Bank yeni səhmdarın cəlb edilməsi ilə əlaqədar Nizamnamə kapitalını 15 milyon manatadək artırır, - Ganja Bank-ın İdarə Heyətinin sədri Fuad Musayev bazar ertəsi bildirib.

"Bankın səhmdarları sırasına Azərbaycanın rezidenti - fiziki şəxs daxil olub və səhmlərin 25 faizi ona verilib, - Musayev deyib. - Nəticədə Ganja Bank-ın səhmdarlarının sayı üçə çatıb".

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində artıq Ganja Bank-ın səhmlərinin 5 milyon manat məbləğində emissiya prospekti qeydə alınıb. Hər bir səhmin nominal dəyəri 20 manatdır. Səhmlərin yerləşdirilməsində anderreyter rolunda ADB Broker LLC çıxış edəcək.

Musayevin sözlərinə görə, hazırda bankın Nizamnamə kapitalı 10 milyon manat təşkil edir, məcmu kapitalı isə 12 milyon manatı ötür.

Ganja Bank 1994-cü ildən fəaliyyət göstərir. Əvvəllər bankın 1 hüquqi şəxs olmaqla (Gəncə hava limanı, səhmlərin 0,1 faizi ona məxsus idi) 15 səhmdarı vardı. İndi isə bankın səhmdarlarının tərkibində cəmi iki səhmdar - fiziki şəxs var.

Fevralın 02-nə olan cari mübadilə məzənnəsi - 0,8073 AZN/USD təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti