...

Trend agentliyi "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında mükafatla təltif olunub (Video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2009 18:12 (UTC +04:00)
Trend agentliyi "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında mükafatla təltif olunub (Video)

Azərbaycan, Bakı, 18 fevral / Trend / Azərbaycanın Trend İnformasiya Agentliyi "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında Brand Award Azerbaijan mükafatı ilə təltif olunub. Mükafatlandırma mərasimi çərşənbə günü Bakıda, Beynəlxalq Ticarət Mərkəzində keçirilib.

Mükafatın təsisçiləri Caspian Energy Beynəlxalq Çap Evi-dir. Mükafatların təqdim olunma mərasimi Azərbaycan Sənaye və Energetika Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

Trend agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynova mükafatı, Xəzər İnteqrasiya İşgüzar Klubunun (CIBC) prezidenti və baş icarçı direktoru Telman Əliyev təqdim edib.

Xəbər lenti

Xəbər lenti