...

İslam İnkişaf Bankının İdarəçilər Şurasının sammiti Türkmənistanda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 13:39 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 mart / Trend , müxbir E.Həsənov /

Türkmənistan ilə ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədi ilə İslam İnkişaf Bankının (İİB) katibi Həsən əl-Baba Aşqabada gəlib. Bu barədə Türkmənistanın rəsmi mənbəsindən məlumat verilib. Səfər zamanı bir sıra nazirlik və banklarda danışıqlar aparılacaq.

İİB nümayəndəsinin hazırkı səfəri İdarəçilər Şurasının 2009-cu ilin iyununda Türkmənistanın paytaxtında keçirilməsi planlaşdırılan sammitinə hazırlıq üçün nəzərdə tutulub. Cari ilin fevral ayının əvvəlində İİB-nin aparıcı bölmələrindən birini başçsı, Özəl Sektorun İnkişafı üzrə İslam Koorporasiyasına rəhbərlik edən Xalid Məhəmməd əl-Abud Aşqabadda səfərdə olub.

Türkmənistan bu korporasiyanın tərkibinə 2001-ci ildə daxil olub. Bu maliyyə institutu borc və qrantların ayrılması vasitəsilə İİB-yə daxil olan dövlətlərdə özəl sahibkarlığa dəstək məqsədi ilə yaradılıb.

Məqalə müəllifi iləəlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti