...

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda məşğulluğu artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi region infrastrukturunun inkişafı və böhran əleyhinə tədbirlər çərçivəsində əhalinin məşğulluğunun artırılması tədbirlərini hazırlayır. Bu barədə çərşənbə günü idarənin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Elnur Sultanov bildirib.

"Əmək Nazirliyi kənd əhalisini yolların salınması və ya bərpası, strateji binaların tikintisi kimi işlərə cəlb etmək niyyətindədir", - deyə Sultanov qeyd edib.

Onun sözlərinə görə, nazirlik bu halda böhrana qarşı tədbirlər çərçivəsində kəndlərdə məşğulluğun artırılmasına nail olacaq.

"Azərbaycan dünya iqtisadiyyatında fəal inteqrallaşan ölkədir və belə vəziyyətdə qlobal maliyyə böhranının təsirindən qaçmaq mümkün deyil. Bu məqsədlə nazirlik prioritetlər müəyyənləşdirib və böhran nəticələrini minimuma çatdırmaq məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsinə hazırdır", - deyə Azərbaycanın əmək naziri Füzuli Ələkbərov bildirib.

Əmək Nazirliyi ötən il BMT-nin İnkişaf Proqramı (UNDP) və özəl sektor müəssisələri ilə birgə 175 min dollar dəyərində (75 min dollar UNDP tərəfindən ayrılıb) buna bənzər regional layihə həyata keçirib. Layihə  Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində həyata keçirilib.

Layihənin reallaşdırılması çərçivəsində il yarım ərzində kənd əhalisindən 65 nəfər işlə təmin olunub. Səkkiz kilometr uzunluğunda su kəməri çəkilmiş, kanalizasiya sisteminin 551 metri bərpa edilmiş və başqa işlər görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti