...

Azərbaycanda A/H1N1/ virusu aşkar edilməyib – Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2009 17:32 (UTC +04:00)
Azərbaycanda A/H1N1/ virusu aşkar edilməyib – Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir S.Babayeva / 

Azərbaycanda A/H1N1/ ("donuz qipi") ilə yoluxma halları aşkar olunmayıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Hazırda Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə ərazisində virus xəbərdarlığı üzrə ikinci monitorinq keçirir.

Əvvəlki monitorinq may ayının əvvəlində keçirilib və ölkə ərazisində virus aşkar edilməyib.

Bu gün Azərbaycana Amerika və Avropa qitəsindən heyvandarlıq məhsullarının gətirilməsinə qoyulan qadağa hələ də qüvvədədir.

"Donuz qripi" üzrə profilaktik tədbirlər məqsədi ilə ölkədə bütün donuzçuluq təsərrüfatları qapalı məkanlara keçirilib, regionda baytarlıq xidmətlərinin işi gücləndirilib və vəziyyətə nəzarət bu idarələrin rəhbərliyinə tapşırılıb.

Ümumdünya Səhiyyə Təşkilatınının məlumatına əsasən, 5 iyun qədər 69 ölkədə (Argentina, Avstraliya, Avstriya, Baham adaları, Bəhreyn, Barbados, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Kipr, Çexiya, Danimarka, Dominikan Respublikası, Ekvador, Əlcəzair, El Salvador, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Honduras, Macarıstan, İslandiya, Hindistan, İrlandiya, İsrail, İtaliya, Yamayka, Yaponiya, Koreya, Küveyt, Livan, Lüksemburq, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Nikaraqua, Norveç, Panama, Paraqvay, Peru, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, İslandiya, İsveç, İsveçrə, Tailand, Türkiyə, Böyük Britaniya, ABŞ, Uruqvay, Venesuela və Vyetnam) 21940 A/H1N1/ virusa yoluxma halı laborator şəkildə təsdiqlənib.

Onlardan 103 ölümcül hal Meksikada, 17 ABŞ, 3 Kanada, 1 Kosta Rika və Çilidə qeydə alınıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti