PremiumBakıda yeni metro stansiyasının tikintisi üzrə işlərə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Bakı metropoliteni yeni "Avtovağzal" metro stansiyasının tikintisi üçün özülün qazılmasına başlayıb", - cümə günü Bakı metropoliteninin başçısı Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahındakı mətbuat konfransında deyib.

"Metropoliten həmçinin stansiyaya tunnel qazılması üçün lazımi avadanlığın alınması haqda razılığa gəlib və həmin avadanlıqlar avqustun ortasında Bakıya gətiriləcək", - Tağıyev bildirib.

Onun sözlərinə görə, bu avadanlığın keçid sürəti sutkada 25 metrdir. Orta hesabla sutkada 15 metr yol salınarsa, işlər üç ay ərzində başa çatdırıla bilər.

"Metropoliten yeni "Avtovağzal" stansiyasını 2011-ci ilə qədər istismara verməyi planlaşdırır", - Əhmədov qeyd edib.

Hazırda Bakıda "Azadlıq" stansiyasının tikintisi üzrə sonlandırma, həmçinin "Cavad xan" ("Memar Əcəmi" stansiyasından keçid), "Avtovağzal" və "Mikayıl Müşfiq" stansiyaları üçün hazırlıq işləri aparılır.

"Mikayıl Müşfiq" stansiyasının ilkin layihəsi hələ 1990-cı illərdə verilib və onu "İnqilab" adlandırmaq planlaşdırılıb. Yeni metro stansiyası yeddinci mikrorayon rayonunda tikiləcək.

İkinci prioritet xətt "İçəri şəhər" stansiyasından Bakının Badamdar qəsəbəsi istiqamətində ikinci yol xəttidir. Bu istiqamətdə üç metro stansiyasının tikintisi nəzərdə tutulub.

Bakı metropoliteni 1967-ci ildən etibarən fəaliyyət göstərir ("İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasına kimi üç aralıq stansiya ilə). Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 May", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərində yerləşir, "Bakmil" yerüstü, qalanları isə sütunludur, dayaz səthdə yerləşir (ümumilikdə 21 stansiya).

Xəbər lenti

Xəbər lenti