...

Bakı metropoliteni Avropadan vaqon almaq niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir Ü.İsmayılova /

Dünya Bankının təklifinə baxmayaraq, Bakı metropoliteni Avropadan vaqon almaq niyyətində deyil. Bakı metropolitenin rəisi Tağı Əhmədov cümə günü "Yeni Azərbaycan" qəzetinin mənzil qərargahında keçirilən mətbuat konfransında bildirib.

"Dünya Bankı Bakı metropoliteninə bütün vaqonları Avropa istehsalı olan vaqonlarla yeniləmək şərti ilə, dərində yerləşən stansiyalara əlavə çıxışların inşası üçün vəsait ayırmağı təklif edir", - Əhmədov bildirib.

Onun sözlərinə görə, elə də böyük keyfiyyət fərqi olmasa da, Avropa istehsalı olan vaqonlar Rusiya istehsalından üç qat bahadır. Üstəlik, bu cür vaqonlarda işləmək üçün metropoliten təxminən 60 maşinistini Avropada xüsusi kurslara göndərməlidir ki, bu da əlverişli deyil.

"Bakı metrosunda gediş haqqı (0,05 manat) bu addımı atmağa imkan vermir", - Əhmədov qeyd edib.

Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir ("İçərişəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasına qədər üç aralıq stansiya ilə). Metropolitenin yeddi stansiyası ("İçərişəhər", "Sahil", "28 May", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərində yerləşir, "Bakmil" yerüstü, qalanları isə sütunludur, dayazda yerləşir (cəmi 21 stansiya).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti