...

Azərbaycanda 33 sahibkar dövlət dəstəyi ilə soyuducu anbar kompleksi tikmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 16:02 (UTC +04:00)
Azərbaycanın İqtisadi Inkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fonduna (SYMF) meyvə, tərəvəz və digər ərzaq məhsullarının saxlanması və satışı üçün hər birinin tutumu iki min ton olan soyuducu anbar kompleksinin yaradılması üzrə cümə günü keçirilən tender zamanı 33 təklif daxil olub.

Azərbaycan, Bakı, 17 iyul /  Trend , müxbir N.İsmayılova /

Azərbaycanın İqtisadi Inkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fonduna (SYMF) meyvə, tərəvəz və digər ərzaq məhsullarının saxlanması və satışı üçün hər birinin tutumu iki min ton olan soyuducu anbar kompleksinin yaradılması üzrə cümə günü keçirilən tender zamanı 33 təklif daxil olub.

"Təkliflər dörd iqtisadi rayon üzrə daxil olub. Subyektiv sahibkarlıqdan Aran iqtisadi rayonuna 14 investisiya təklifi, Quba-Xaçmaza 11, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonunun hər birinə isə 4 investisiya təklifi gəlib", - cümə günü iqtisadi inkişaf nazirinin tender prosedurunun yekunları üzrə müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, seçilmiş layihə sahibkarların şəxsi vəsaiti və Milli Fondun güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Burada Azərbaycan investisiya şirkətlərinin və ya onların törəmə strukturlarının iştirakı da mümkündür.  

Fondun aldığı investisiya təklifinin dəyəri 1,6 milyon manatdan 3,7 milyon arasında dəyişir, layihələrdə SYMF-in iştirakı isə 1,5-2 milyon manat arasında dəyişir. 

Tenderin nəticələri İqtisadi İnkişaf Nazirliyinin İqtisadi islahat elmi araşdırma mərkəzində iyulun 31-də elan ediləcək.

Bu gün Milli Fond yalnız bir - Salyan rayonunun Çuxanlı kəndində istehsal olunmuş, 10,5 min ton məhsulu (pomidor, xiyar və üzüm) saxlama qabiliiyətinə malik, 2250 kvadratmetr ərazisi olan soyuducu anbarın tikilməsinə 1,5 milyon həcmində güzəştli kredit ayırıb. Layihənin ümumi dəyəri 6 milyon manat təşkil edir. Burada saxlanılan tezyetişən kənd təsərrüfatı məhsullarının 60 faizi daxili, 40 faizi isə xarici bazara çıxarılacaq. Layihənin həyata keçirilməsi 50-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.   

İyulun 17-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti