Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir N. İsmayılova /
İlk yarım ildə Azərbaycanın Vergilər Nazirliyi "vahid pəncərə" vasitəsilə 22,72 min vergi ödəyicisi qeydə alıb. Bu barədə Nazirliyin "Vergilər" mətbu orqanında bildirilib.
Kommersiya hüquqi şəxslər arasında 2,66 min, fərdi sahibkar kimi 20,21 min qeydiyyatdan keçib. Sahibkarlara 23,4 min nəzarət kitabı verilib.
Bundan əlavə, hesabat dövrü ərzində daxili təhlükəsizlik üzrə baş idarə daxil olan 175 material üzrə araşdırma aparıb. Onlardan 18-i 2008-ci ildən qalanlar olub. Görülmüş tədbirlərin yekununa görə, 32 vergi orqanı əməkdaşına inzibati cəza verilib, bir əməkdaşın rütbəsi bir pillə aşağı salınıb, beş əməkdaş isə vergi orqanlarında xidmətdən kənarlaşdırılıb.