...

Azərbaycan Mərkəzi Bankı aktivlərinin sığortası üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Mərkəzi Bankı bankın balansındakı əsas vəsaitlərin, nəğd pulların və nəqliyyat vasitələrinin (KASKO) sığortalanması üzrə tender elan edib. Bu barədə çərşənbə axşamı tender komissiyasından bildirilib.  

Tenderdə iştirak etməyə iddia edənlər aşağıdakıları təqdim etməlidirlər:

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər, sığorta fəaliyyəti üzrə lisenziya, həmçinin əmlak sığortası, nəğd pulların yanğından, digər təhlükələrdən sığortası və KASKO. Tender təklifi qiymətinin bir faizi məbləğində bank zəmanəti, son fəaliyyət ili barədə arayış və s. 

Tenderdə iştirakın dəyəri 200 manat təşkil edir.

Tender proseduru sentyabrın 11-də saat 15:00-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti