...

Azərbaycanın dəmir yollarında indiyədək "donuz qripi" faktı aşkarlanmayıb – DY nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2009 15:13 (UTC +04:00)
Dəmiryolu qatarlarının Azərbaycana gəliş-gedişi zamanı sərhəd-buraxılış məntəqələrində xüsusi həkim qrupu bütün qatarlarda “donuz qripi” (A/H1N1) faktı üzrə yoxlama aparır. Bunu cümə axşamı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Azərbaycanda ilk iki yoluxma faktını şərh edərkən deyib.
Azərbaycanın dəmir yollarında indiyədək "donuz qripi" faktı aşkarlanmayıb – DY nümayəndəsi

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir E. İsmayılov /

Dəmiryolu qatarlarının Azərbaycana gəliş-gedişi zamanı sərhəd-buraxılış məntəqələrində xüsusi həkim qrupu bütün qatarlarda "donuz qripi" (A/H1N1) faktı üzrə yoxlama aparır. Bunu cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Azərbaycanda ilk iki yoluxma faktını şərh edərkən deyib.

"Bu tədbirlər həm virusun aşkarlanmasına qədər həyata keçirilir, həm də sərhəd-buraxılış məntəqələrində ilkin plana uyğun işlər aparılır. Lakin indiyədək dəmir yollarında belə fakt aşkar olunmayıb", - Əzməmmədov deyib.

Əzməmmədovun dediyi kimi, "donuz qripi"nə yoluxma faktı aşkarlanacağı təqdirdə, xəstə dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılacaq. Virusa yoluxanın hərəkət etdiyi vaqonun sərnişinlərinin siyahısı tutulacaq, əgər o, kupedə gedibsə, onunla ünsiyyətdə olanlar dəmir yolu xəstəxanasının xüsusi hazırlanmış boksunda yerləşdiriləcəklər.  

Azərbaycan Səhiyyə Nazirliyinin məlmatına əsasən, Azərbaycanda "donuz qripi"nə ilk yoluxma faktı Fransa (27 iyul ) və Böyük Britaniyadan (29 iyul) səfərdən qayıtmış Bakı və Gəncə sakinlərində qeydə alınıb.

Xəstələrin vəziyyəti qənaətbəxş qiymətləndirilir və onlar həkimlərin nəzarəti altında müalicə alırlar.

Xəstələrlə ünsiyyətdə olan şəxslər barəsində profilaktik tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti