PremiumBakı metropoliteni bütün metrostansiyaların yeni ödəmə aparatları ilə təchizolunma müddətini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2009 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir E.İsmayılova /

Oktyabrın əvvəlinədək Bakı metropoliteni paytaxtın bütün metrostansiyalarında gediş kartlarının yüklənməsi üçün yeni aparatların quraşdırılmasını başa çatdıracaq. Bu barədə cümə axşamı Bakı metropolitenindəki mənbədən bildirilib.

"Bu həftə bütün stansiyalarda quraşdırılmaq üçün kifayət qədər yeni aparatlar alınıb", - mənbədən bildirilib.

Mənbənin bildirdiyi kimi, ilk növbədə "Nizami", "İnşaatçılar", "20 Yanvar" və "Memar Əcəmi" stansiyaları bu avadanlıqlarla təchiz olunacaq.

Ümumilikdə, Ukraynada yığılan təxminən 50 ədəd yeni aparat alınıb. Yeni aparatlar "İçərişəhər", "Elmlər Akademiyası" və "28 may" stansiyalarında quraşdırılan aparatlarla oxşardır. "Lakin bu partiyanın yığılması zamanı bizim tövsiyələrimiz də nəzərə alınıb", - mənbədən bildirilib.

Metropolitendəki digər mənbədən bildirildiyi kimi, sabahdan etibarən "Memar Əcəmi" stansiyasında yeni aparatların quraşdırılması və nizamlanması işləri başlayır. "Əvvəlcə aparatlar bu stansiyada quraşdırılacaq və nizamlanacaq, sonra isə digər stansiyalar da bu aparatlarla təchiz olunacaq", - mənbədən bildirilib.

Bakı metropoliteninin rəhbəri Tağı Əhmədovun bildirdiyi kimi, yeni aparatlar, iki stansiya istisna olmaqla, bütün stansiyalarda quraşdırılacaq. Belə ki, "Bakmil" stansiyası həftə ərzində 800 sərnişinə, "Cəfər Cabbarlı" stansiyası isə gündə 800-900 sərnişinə xidmət edir. Bu stansiyalarda aparatların quraşdırılmasına ehtiyac yoxdur.

Bakı metropoliteni 1967-ci ildən etibarən fəaliyyət göstərir ("İçərişəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasına kimi üç aralıq stansiyası ilə). Metropolitenin yeddi stansiyası ("İçərişəhər", "Sahil", "28 May", "Cəfər Cabbarlı", "Xətai", "Nizami Gəncəvi", "Elmlər Akademiyası") dərində yerləşir, "Bakmil" yerüstü, qalanları isə sütunludur, dayazda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti