...

BVF Azərbaycan iqtisadiyyatının stabil artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2009 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2009-cu ildə Azərbaycanda ÜDM-in 7,5 faizlik real artımı müşahidə ediləcək.  Bu barədə BVF-in "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı oktyabr hesabatında deyilir.

BVF-in proqnozuna uyğun olaraq, 2010-cu ildə ÜDM-in 7,4 faizlik artımı müşahidə ediləcək. 2008-ci ildə ÜDM-in artım sürəti 11,6 faiz təşkil edib.

"Azərbaycanda cari əməliyyatların hesabat saldosu 2009-cu ildə ÜDM-ə görə 19,6 faiz təşkil edəcək. 2008-ci ildə bu göstərici 35,5 faiz olub. 2010-cu ildə isə bu göstərici 23,1 faizədək artacaq", - BVF-in icmalında qeyd edilir.

2009-cu ildə ölkədə inflyasiyanın səviyyəsi 2,2 faiz, 2010-cu ildə isə 5,3 faiz proqnozlaşdırır.

BVF-ə nəzərən, artım perspektivləri ölkənin enerji resurslarının ixracı üçün daha münasibdir. Proqnoza uyğun olaraq, Azərbaycan və Özbəkistanda yalnız 2009-cu ildə orta azalma hiss ediləcək, 2010-cu ildə isə artım dəyişməz qalacaq. Çünki enerji resurslarının qiymətləri böhrandan sonra stabilləşəcək. Proqnoza müvafiq olaraq, Qazaxıstan istisnadır - onun iqtisadiyyatı bu il iki faiz azalacaq. BVF 2010-cu ildə 10 milyard dollarlıq antiböhran planı nəticəsində onun cüzi bərpasını gözləyir.

Azərbaycan hökuməti 2009-cu ildə ölkədə ÜDM-in artım sürətini 18,9 faiz səviyyəsində proqnozlaşdırır. ÜDM istehsalının ümumi həcmi 43,6 milyard manat poqnozlaşdırılır.

Növbəti 3 ildə ÜDM-in sürətinin azalması gözlənilir: 2010-cu ildə 6,6 faiz, 2011-ci ildə 4,5 faiz, 2012-ci ildə isə 2,4 faiz dərəcəsində azalma gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti