Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycanın böyük lizinq şirkəti olan Unileasing-in portfeli yanvar-sentyabr aylarında 32,015 milyon manat təşkil edib, bu barədə şirkətin cümə axşamı yayılan məlumatında deyilir.
Bu dövr ərzində şirkətin mütəxəssisləri tərəfindən 160 müqavilə imzalanıb, onlara müvafiq olaraq ümumi dəyəri təxminən 7 milyon dollar təşkil edən 189 obyekt lizinqə verilib.
Hazırda ümumi dəyəri 64 milyon dollardan çox olan 859 müqavilə qüvvədədir.
Şirkətin iqtisadiyyat sektoru üzrı protfelinin bölüşdürülməsi aşağıdakı kimidir:
iqtisadiyyat sektoru |
01.10.2009 |
01.10.2008 |
- tikinti materiallarının inşası və istehsalı - nəqliyyat - tibb - topdanticarət - istehsal - istehlak sektoru -digər |
24% 10% 3% 14% 23% 16% 10% |
26% 12% 4% 16% 24% 8% 10% |
2004-cü ildən fəaliyyət göstərən UniLeasing QSC-nin ödənilmiş nizamnamə kapitalı 1,8 milyon manat təşkil edir. Şirkətin təsisçisi UniBank-dır. Şirkətin səhmdarları sırasına aksiyaların 33,33 faiz pay hissəsi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı daxildir.