Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir E.İsmayılov /
Yaxın günlərdə Azərbaycanın Səhiyyə Nazirliyi A/H1N1 virusunun profilaktikası məqsədilə sərnişin avtobuslarının dezinfeksiyasına başlayacaq, bu barədə cümə günü Azərbaycan Nəqliyyat Nazirliyinin Şəhər Nəqliyyatı Departamentindən bildirilib.
"Qarajların dezinfeksiyası üzrə işlərə artıq başlanılıb və onlar bir neçə gün ərzində davam edəcək. Bu işlərin tamamlanmasından sonra qarajlarda avtobusların deziferksiyasına başlanılacaq. Avtobuslarda dezinfeksiyaya növbəti həftədən başlanılacaq", - epartamentdən bildirilib.
Departamentdən əvvəlcə bildirildiyi kimi, avtobusların iş rejiminə dezinfeksiya işləri təsir göstərməyəcək.
İndiyə kimi Azərbaycanda "donuz qripi"nə 14 yoluxma faktı aşkar olunub. Hazırda 12 xəstə tamamilə sağalıb və onlardan yalnız ikisi Elmi-Tədqiqat Ağciyər xəstəlikləri institutunda müalicə kursu keçir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]