...

"Gürcüstan Dəmir Yolları" rels infrastukturlarının inkişaf etdirilməsinə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2009 20:37 (UTC +04:00)

Gürcüstan Tbilisi, 02 dekabr / Trend , müxbir N.Kirsxaliya/

"Gürcüstan Dəmir Yolları" MMC rels infrastukturlarının inkişaf etdirilməsinə davam edir. Bu barədə şirkətdən Trend -a məlumat verilib. Bu il ərzində Rels Departamenti çoxtərəfi təmir işləri aparıb, əsaslı təmir nəticəsində isə 29,2 km uzunluğunda olan relslər təmir edilib.

Dəmiryolunun müxtəlif sahələrindəki keçidlər və həmçinin bəzi stansiyalardakı relslər təmir edilib.

9,5 km-də hərəkət zamanı sürtünmə və səsi azaldan yeni növ relslər quraşdırılıb.

Departament ilin sonunadək daha 3 km relsi təmir etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti