...

Azərbaycanda aqrar bankın yaradılması ölkənin kənd təsərrüfatına dəstək olacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2009 13:38 (UTC +04:00)
Azərbaycanda aqrar bankın yaradılması ölkənin kənd təsərrüfatının inkişafına dəstək olacaq. Bu barədə cümə axşamı Azərbaycanın kənd təsəsrrüfatı naziri İsmət Abbasov deyib.
Azərbaycanda aqrar bankın yaradılması ölkənin kənd təsərrüfatına dəstək olacaq - nazir

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir A.Bədəlova/

Azərbaycanda aqrar bankın yaradılması ölkənin kənd təsərrüfatının inkişafına dəstək olacaq. Bu barədə cümə axşamı Azərbaycanın kənd təsəsrrüfatı naziri İsmət Abbasov deyib.

Onun sözlərinə görə, bu bankın yaradılması kənd təsərrüfatına dəstək verəcək. Buna görə də hazırda bu məsələ Nazirlər Kabinetinin baxışındadır.

"Əgər onun yaradılması ilə bağlı qərar qəbul edilərsə, bu, yaxşı olar. Yox, əgər qəbul edilməsə, ölkənin digər regionlarında filiallara sahib olan digər banklar var ki, onların vasitəsilə də bütün aparılan işləri həyata keçirmək olar", - nazir deyib.

Payızda İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, həmçinin Mərkəzi Bank kənd təsərrüfatı sahəsində "Agrarcredit" qeyri-bank təşkilatının yenidən təşkil edilməsi ilə bağlı təklifi hökumətə təqdim edib. Təşkilatın İdarə Heyəti sədrinin müavini Yusif Vəliyevin əvvəllər dediyinə görə, ilk növbədə söhbət dövlət bankının yaradılmasından gedir, daha sonra isə onun özəlləşdirilməsi gözlənilir.

Hazırda kredit təşkilatı məhdud lisenziya əsasında fəaliyyət göstərir. Təşkilatın kapitalı 18,5 milyon manat səviyyəsində formalaşıb. Təşkilatın aktivləri 25 milyon manat, kredit portfeli isə 16 milyon manat təşkil edir.

Aqrarkreditin gələcək kapitallaşdırılması məsələsini kredit təşkilatının səhmdarları həll edəcəklər. "Agrarcredit"-in əsas səhmdarı 99,9 faiz səhmə malik olan Azərbaycan Maliyyə Nazirliyidir. Qalan hissə isə bərabər olaraq "Azərsığorta" dövlət sığorta şirkəti ilə "Meliorasiya və Su Təsərrüfatı" ASC arasında paylaşdırılır.

Dekabrın 10-na olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti