...

Azərbaycan iqtisadiyyatının inkişafı vergi sistemində uğurlu islahatların aparılmasının əsası olub - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2010 12:58 (UTC +04:00)
2009-cu ildə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı vergi sistemində uğurlu islahatların aparılmasının və dərin vergi siyasətinin həyata keçirilməsinin əsası olub. Bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov Nazirliyin 2009-cu ildəki fəaliyyətinin yekunlarına və 2010-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib. Bu sözlər Nazirliyinrəsmi qəzetində yerləşdirilmiş məqalədə göstərilir.
Azərbaycan iqtisadiyyatının inkişafı vergi sistemində uğurlu islahatların aparılmasının əsası olub - nazir

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir N.İsmayilova/

2009-cu ildə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı vergi sistemində uğurlu islahatların aparılmasının və dərin vergi siyasətinin həyata keçirilməsinin əsası olub. Bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov Nazirliyin 2009-cu ildəki fəaliyyətinin yekunlarına və 2010-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib. Bu sözlər Nazirliyinrəsmi qəzetində yerləşdirilmiş məqalədə göstərilir.

Məmmədovun sözlərinə görə, 2009-cu ildə Vergilər Nazirliyinin xətti ilə Dövlət büdcəsinə 4,114 milyard manat gəlir daxil olub ki, bu da ÜDM-in 12 faizini və ümumi büdcə gəlirlərinin 39,8 faizini təşkil edir. Qeyri-neft sektorundan dövlət büdcəsinə 2,327 milyard manat daxil olub ki, bu da həmin sektorun 2008-ci ildəki vergi gəlirlərinin həcmini 70,2 milyon manat ötür.

Nazirin sözlərinə görə, vergilərin idarəolunmasında İT texnologiyalarının geniş tətbiq olunması vergi ödəyiciləri tərəfindən müsbət qəbul edilib. Bununla da, Nazirlik ilə sənədlərin elektron mübadiləsinə qoşulmuş ƏDV ödəyicilərinin sayı 99,4 faiz, digər vergi növləri ödəyicilərinin sayı isə 87,1 faiz təşkil edib.

Nazirin sözlərinə görə, ikiqat vergiqoymaların aradan qaldırılmasına dair müqavilələrin əhatə dairəsinin inkişafı məqsədilə 2009-cu ildə bu kimi müqavilələr İran, Küveyt və Yunanıstanla imzalanıb. Niderland və Lüksemburq ilə imzalanmış müqavilələr qüvvəyə minib, həmçinin 2008-ci ildə Bolqarıstan, Estoniya, Koreya, Macarıstan, Qətər və Tacikistan ilə imzalanmış müqavilənin tətbiq olunmasına başlanılıb. Vergiqoyulma sahəsində qabaqcıl təcrübələrin mənimsənilməsi və digər ölkələrin vergi orqanları ilə əlaqələri genişləndirmək məqsədilə Avstraliya, Niderland, Macarıstan, Estoniya, Danimarka, Yeni Zelandiya və İsveçin vergi administrasiyası ilə qarşılıqlı səfərlər edilib.

Xəbər lenti

Xəbər lenti