...

Azərbaycanda "Avro-2" ekoloji standartlarının tətbiq edilməsi avtomobil bazarının səviyyəsini yüksəldəcək – ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2010 19:50 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri haqqında" qərarı, hətta bir neçə il əvvəl qəbul edilməsi vacib olan mühüm qərardır.
Azərbaycanda "Avro-2" ekoloji standartlarının tətbiq edilməsi avtomobil bazarının səviyyəsini yüksəldəcək – ekspertlər

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri haqqında" qərarı, hətta bir neçə il əvvəl qəbul edilməsi vacib olan mühüm qərardır. Deputat, Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü Vahid Əhmədov belə hesab edir.

"Son bir neçə ildə Azərbaycana həm keyfiyyətli, həm də keyfiyyətsiz avtomobil idxalı kəskin artıb", - Əhmədov deyib.

Azərbaycanın Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri haqqında" qərar qəbul edib. Bu barədə AzərTac Dövlət İnformasiya Agentliyi məlumat verir. Qərara əsasən, 2010-cu il iyulun 1-dən etibarən dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrinə "Avro-2" ekoloji normaları (atmosferə atılan zərərli maddələrə dair) tətbiq ediləcək. Həmin qərara uyğun olaraq "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı" da təsdiq edilib.

Onun sözlərinə görə, əgər 1992-ci ildə ölkədə cəmi 70-75 min avtomobil var idisə, bu gün bu göstərici təxminən 1 milyon ədəd təşkil edir. Avtomobil idxalının əsas problemi ondan ibarətdir ki, ölkəyə avtomobillər gətirilən zaman onların kefiyyəti, nəqliyyat sektoruna, həmçinin ekoloji şəraitə təsiri nəzərə alınmır.

Əhmədovun sözlərinə görə, bu məsələ Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təklifi əsasında hökumətdə xeyli vaxtdır müzakirə olunur.

Deputat qərarı, ekoloji tullantılar probleminin həlli üçün atılan mühüm addım kimi qiymətləndirib. "Avro-2" standartlarına cavab verməyən avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulmasından danışan Əhmədov deyib ki, avtonəqliyyatın qiymətinə təsir əhəmiyyətli dərəcədə olmayacaq, həmçinin, dövri surətdə olacaq. Eləcə də ölkəyə avtomobil idxalı dərhal azalmayacaq.

Əhmədov, həmçinin, avtomobil üçün istehsal edilən yanacağa da standart tətbiq etməyin əhəmiyyətli olduğunu qeyd edib.

Azərbaycan Nazirlər Kabinetinin qərarı Avropa ölkələrində və digər ölkələrdə istifadəsinə qadağa qoyulmuş avtomobillərin idxalı probleminin həllinə təkan verəcək. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Ramil Osmanov belə hesab edir.

Azərbaycana avtomobil əsasən üç istiqamətdən idxal edilir - Almaniyadan, tranzit vasitəsilə Gürcüstandan və Birləşmiş Ərəb Əmirliklərindən. Keyfiyyətsiz avtomobillərin idxalı hər üç istiqamətdən həyata keçirilir.

"Müəyyən subyektiv amilləri nəzərə almasaq, bu qərar bir neçə il əvvəl qəbul edilməli idi", - Osmanov deyib.

Nazirlər Kabinetinin bazara təsirindən danışan Osmanov deyib ki, bazarda kəskin qiymət artımı və fəallıq olmayacaq. Qiymət artımı ciddi məsələ deyil, bu ancaq yeni avtomobillərdə baş verir. Ölkənin avtomobil bazarının fəallığı dünya maliyyə böhranı səbəbindən aşağı düşüb, buna görə də ciddi təsir olmayacaq.

"Yeni standartların tətbiq edilməsi bazarın keyfiyyətinə təsir edəcək. Bazarda xırda bizneslə məşğul olan sahibkarlar bazardan çıxacaq", - Osmanov deyib.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin məlumatına görə, Azərbaycanın avtomobil bazarında avtomobil markaları üzrə təklif belə formalaşıb: Mersedes Benz - 37,53%, Toyota - 8,36%, BMW - 11%, VAZ - 6,69%, Hyundai - 6,22%, Nissan - 3,585%, Mitsubishi - 3,51%, Opel - 2,96%, Volkswagen - 2,31% və digər avtomobillər - 17,82 %.

Xarici markalara olan təklif 70%-dən çox təşkil edir.

Buraxılış ili

31.12.2009

31.01.2010

%

1990-1991

100

169

69

1992-1993

152

246

61,8

1994-1995

416

634

52,4

1996-1997

966

1223

26,6

1998-1999

1275

1428

12

2000-2001

1104

1196

8,3

2002-2003

914

986

7,9

2004-2005

802

859

7,1

2006-2007

706

755

6,9

2008-2009

515

540

4,9

Xəbər lenti

Xəbər lenti