...

Azərbaycanda reklam fəaliyyətinə nəzarət üçün monitorinqlərə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2010 17:17 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gündən etibarən mövcud qanunvericiliyə əsasən, reklam fəaliyyətinə dövlət nəzarətini həyata keçirməyə başlayır.
Azərbaycanda reklam fəaliyyətinə nəzarət üçün monitorinqlərə başlanılır

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İNN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gündən etibarən mövcud qanunvericiliyə əsasən, reklam fəaliyyətinə dövlət nəzarətini həyata keçirməyə başlayır. Bu barədə İNN-in cümə axşamı yayılan məlumatında deyilir.

"Yoxlamaların aparılmasında məqsəd küçə reklamlarında haqsız, dəqiq olmayan, qeyri-etik, bilərəkdən yalan reklamlar yayımlayan reklam sifarişçilərini və istehsalçılarını, həmçinin reklam yayıcılarını və reklam agentliklərini aşkara çıxarmaq və reklam qanunvericiliyinə əməl etməyən təsərrüfat subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməkdən ibarətdir", - məlumatda deyilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçilərinə, istehsalçılarına, yayıcılarına və reklam agentliklərinə küçə reklamlarını qısa müddətdə qanunvericiliyin tələblərinə uyğunlaşdırmağı tövsiyə edir.

Qüvvədə olan qanunvericiliyə əsasən, reklam fəaliyyətinə dövlət nəzarətini Dövlət Xidməti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti