Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.Xəlilova/
Azərbaycanın bank sektorunun gələcək inkişaf modeli keyfiyyətli inkişaf sisteminə istiqamətlənməlidir. Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Elman Rüstəmov belə hesab edir.
"Dünya böhranı göstərdi ki, bank göstəricilərinin sürətli artımına dayaq yanlış yanaşmadır, həmçinin, keyfiyyət artımı lazımdır. Mən hesab edirəmi, banklar kadr potensialı, avtomatlaşdırma potensialı və bi çox digər istiqamətlər planında artmalı və inkişaf etməlidir", - Rüstəmov deyib.
Hazırda "Biz bank inkişafının keyfiyyət aspektlərini artırmalıyıq".
Onun sözlərinə görə, yeni bank modeli ikipilləli (bu gün Azərbaycanda üçpilləli bank modeli tətbiq edilir) olmalıdır. Belə ki, dövlət bank sistemi qeyri-effektivdir. Bu gün Azərbaycanda bir yarıdövlət bank - Azərbaycan Beynəlxalq Bankı fəaliyyət göstərir. Həmin bankın nizamnamə kapitalının 50,2 faizi dövlətin payıdır.
"Əgər ölkədə aqrar bank formalaşdırılarsa, onun özəlləşdirilmə müddəti elan ediləcək. Mən dünya böhranında effektivlik göstərən özəl bank sektorunun tərəfdarıyam", - Rüstəmov deyib.
Azərbaycanda 47 bank fəaliyyət göstərir.