...

"Kapital Bank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2010 11:29 (UTC +04:00)
Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi "Kapital Bank" ASC-nin altı milyon manat həcmində sadə adlı sənədli səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Dövlət Komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Kapital Bank" nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 13 aprel /Trend /

Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi "Kapital Bank" ASC-nin altı milyon manat həcmində sadə adlı sənədli səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Dövlət Komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu emissiya çərçivəsində qeydə alınan qiymətli kağızların sayı 600 min səhmdir, bir səhmin nominal dəyəri 10 manatdır. Emissiya prospektinin yerləşdirilməsinin anderrayteri rolunda "Caspian Financial" MMC çıxış edir.

Emissiya prospektinə görə, yerləşdirmə Bakı Fond Birjasında açıq abunə metodu ilə keçiriləcək.

Səhmləri almaq istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik  təşkilata müraciət edə bilər.

Hazırda bankın səhmdarlar strukturu aşağıdakı şəkildə formalaşıb: "Pasha Holding"ə səhmlərin 97,5 faizi məxsusdur, bankın 2400 əməkdaşı səhmlərin 2,5 faizinə sahibdir. 2008-ci ilin yayına kimi bank dövlət bankı olaraq qalıb.

Əvvəllər dövlət bankı olan "Kapital Bank"ın tam özəlləşdirilməsi 2007-2008-ci illərdə iki mərhələdə həyata keçirilib.

Hazırda bankın nizamnamə kapitalı 24 milyon manat təşkil edir.

Respublikanın bütün regionlarında "Kapital Bank"ın 87 filialı, iki müstəqil şöbəsi və filialın tabeliyində 97 şöbəsi, həmçinin, 12 valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti