Gürcüstan Azərbaycanda İnvestisiyalara Yardım üzrə Agentlik açacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2010 14:30 (UTC +04:00)
Gürcüstan yaxın vaxtlarda Bakıda Azərbaycanda Gürcüstan İnvestisiyalarına Yardım üzrə Agentlik açmaq niyyətindədir. Bu barədə cümə günü Tbilisidə ölkənin iqtisadiyyat naziri Zurab Pololikaşvili Azərbaycan-Gürcüstan biznes forumundan sonra bildirib.
Gürcüstan Azərbaycanda İnvestisiyalara Yardım üzrə Agentlik açacaq - nazir

Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan yaxın vaxtlarda Bakıda Azərbaycanda Gürcüstan İnvestisiyalarına Yardım üzrə Agentlik açmaq niyyətindədir. Bu barədə cümə günü Tbilisidə ölkənin iqtisadiyyat naziri Zurab Pololikaşvili Azərbaycan-Gürcüstan biznes forumundan sonra bildirib.

"Bu, Tbilisidə fəaliyyət göstərən AZPROMO kimi təşkilat olacaq. Bu qrup bir neçə aydır ki, Gürcüstanda fəaliyyət göstərir və artıq özünü yaxşı tərəfdən tanıdıb", - Pololikaşvili deyib.

Bəyanat gürcü və azərbaycanlı biznesmenlərin iştirakı ilə keçirilən biznes forumundan sonra verilib. Azərbaycanın 23 şirkətinin nümayəndələri gürcü həmkarları ilə əlaqələr qurmaq üçün Tbilisiyə gedib.

Nazir deyib ki, Gürcüstanın "Borjomi" şirkətinin Bakıda uğurlu fəaliyyətini nümunə göstərmək olar.

"Bu, hələ ilk əlamətdir, tezliklə Azərbaycanda digər gürcü şirkətləri də görünəcək", - o vurğulayıb.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev gürcü tərəfinin niyyətini alqışlayaraq deyib ki, bu gün Azərbaycanda Gürcüstan şirkətlərinin 80 filialı qeydiyyata alınıb.

"Bizdə yaxşı investisiya mühiti var. Müstəqillik əldə etdiyimiz gündən bizim ölkəyə qoyulan 70 milyardlıq investisiya bundan xəbər verir. Onların yarıdan çoxu xaricidir və bütün şirkətlər iş şəraitindən razıdır", - Mustafayev deyib.

Pololikaşvili deyib ki, Gürcüstan eləcə də xarici investisiyalar cəlb edir ki, bu da 2007-2008-ci illərdə 4,7 milyard dollar təşkil edib.

"Bu məlumatlarda ARDNŞ də çox ciddi təmsil olunub", - gürcü nazir bildirib. O, ümidvar olduğunu bildirib ki, Gürcüstanda Azərbaycan şirkətlərinin sayı və investisiyaların həcmi ildən-ilə artacaq.

Xəbər lenti

Xəbər lenti