...

İran Prezidenti yeni sement zavodunun açılışında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2010 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Cümə axşamı İran Prezidenti Mahmud Əhmədinejad Sistan və Bəluçistan vilayətində inşa olunmuş yeni sement zavodunun açılış mərasimində iştirak edib. Məlumatı İranın IRIBNEWS telekanalının rəsmi saytı yayıb.

Yeni zavod Zabul və Zahidan şəhərləri arasındakı magistral yol yaxınlığında yerləşir.

Zavodun inşasına 160 milyon dollar investisiya qoyulub. Müəssisənin illik gücü 200 min ton sement təşkil edir.

Zavod istismara veriləndən sonra 450 nəfər daimi işlə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti