Azərbaycan, Bakı, 16 iyun /Trend/
Azərbaycan bankı "Unibank" Visa/Visa Electron plastik kart sahiblərinə Türkiyəyə səyahət imkanı verən "VISA günləri" kampaniyasına start verib. Bu barədə bankın məlumatında deyilir.
Belə ki, iyunun 16-dan avqustun 31-nə kimi bütün növ Visa/Visa Electron plastik kartları ilə ölkə daxilində və ya xaricdə bankomat, POS-terminal və internet vasitəsilə 20 AZN/USD/EUR/GBP dəyərində əməliyyat keçirən müştəri hər ay Antalyaya səyahət daxil olmaqla fərqli hədiyyələr qazanmaq imkanı əldə edir.
Kart uzrə ən azı 20 AZN/USD/EUR/GBP həcmində həyata keçirilən hər bir əməliyyat, bir uduş şansı kimi dəyərləndirilir. Əməliyyatların sayı və həcmi artdıqca, qalib gəlmək şansı da bir o qədər yuksək olacaq. Aksiyada "Unibank"ın bütün növ VISA plastik kartlarının sahibləri iştirak edə bilər.
"Unibank"da "VISA günləri" ərzində hədiyyələr toplam 3 dəfə oynanılacaq. Antalyaya səyahətin ilk sahibi iyulun 15-də, ikincisi avqustun 10-da, üçüncüsü isə sentyabın 1-də müəyyən olunacaq.
Əlavə olaraq, lotereyada 3 ədəd fotokamera və 3 ədəd I-pod oynanılır. Qaliblər bank tərəfindən xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim üsulu əsasında və münsiflər heyətinin istirakı ilə muəyyən ediləcək.
Uduş fondunun oynanılması üzrə hər tirajın nəticələri bankın saytında və kütləvi informasiya vasitələrində dərc olunacaq.