...

Azərbaycanda 12 sahibkarlıq subyekti, dövlət dəstəyi olduğu halda, broyler təsərrüfatı yaratmaq barədə istəklərini bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2010 15:16 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) cümə axşamı təkliflərin alınması ilə bağlı keçirilən tenderdə broyler təsərrüfatı, müasir texnologiyaları tətbiq etməklə quş əti istehsalı yaratmaq üzrə 12 təklif daxil olub. Bu barədə fondun icraçı-direktoru Şirzad Abdullayev məlumat verib.
Azərbaycanda 12 sahibkarlıq subyekti, dövlət dəstəyi olduğu halda, broyler təsərrüfatı yaratmaq barədə istəklərini bildirib

Azərbaycan, Bakı, 17 iyun /Trend, N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) cümə axşamı təkliflərin alınması ilə bağlı keçirilən tenderdə broyler təsərrüfatı, müasir texnologiyaları tətbiq etməklə quş əti istehsalı yaratmaq üzrə 12 təklif daxil olub. Bu barədə fondun icraçı-direktoru Şirzad Abdullayev məlumat verib.

"Təkliflər beş iqtisadi rayon, o cümlədən, Abşeron rayonu üzrə 6, Aran regionu üzrə 3, Gəncə - Qazax və Şirvan, Şəki - Zaqatala regionları üzrə 1 təklif daxil olub", - Abdullayev bildirib.

Onun sözlərinə görə, 12 sərmayə təklifinin ümumi dəyəri 40 mln manat təşkil edir. Bunlardan 26 mln manat fondun imtiyazlı kredit xəttinin payına düşür.

"Sahibkarlarla ilkin monitorinqlər və görüşlər keçiriləcək. Belə ki, maliyyə faktorundan başqa, kadr potensialı da əhəmiyyət kəsb edir", - o deyib. - "Bu layihənin həyata keçirilməsi Azərbaycana qısa müddət ərzində özünü quş ət ilə təmin etməyə imkan verəcək", - Abdullayev qeyd edib.

Seçilən layihələr həm sahibkarların daxili vəsaitləri hesabına, həm də milli fondun imtiyazlı kreditləri hesabına həyata keçiriləcək. Layihədə Azərbaycan sərmayə şirkətlərinin və onun törəmə strukturlarının iştirakı da mümkündür.

Tenderin nəticələri iyulun 21-də İqtisadi İnkişaf Nazirliyinin elmi-tədqiqat mərkəzində elan ediləcək.

Sərmayə müsabiqəsi ölkə əhalisinin 2008-2015-ci illərdə daimi ərzaqla təminatı üzrə Dövlət Proqramı çərçivəsində elan edilib.

Tenderin şərtlərinə görə, sərmayə layihələri aşağıdakı xüsusiyyətlərə cavab verməlidir: sərmayə layihəsi müasir standartlara cavab verən və müasir texnologiyaları tətbiq edən quş əti istehsalının və broyler təsərrüfatlarının yaradılmasını nəzərdə tutmalıdır; təsərrüfat üçün seçilən ərazi müvafiq infrastrukturla təmin olunmalıdır; təsərrüfat müasir standartlara cavab verən texnologiyalara uyğun avadanlıqla təchiz edilməli və laboratoriyaya, kəsim sexlərinə, yem dəyirmanına və inkubatora malik olmalıdır.

Sərmayə layihəsi qısa müddət ərzində həyata keçirilməlidir. Sərmayə təklifinin dəyərinin, ən azı, 30 faizi sahibkarlıq subyektinin daxili vəsaitləri hesabına maliyyələşməlidir. Maliyyələşmənin qalan hissəsi isə SKMF-nin hesabına ediləcək.

17 iyuna cari məzənnə 0,8038 AZN/USD-dır.

Xəbər lenti

Xəbər lenti