...

Azərbaycanın Beynəlxalq Bankı iyulda ölkənin birja bazarının lideri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2010 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust / Trend /

Bakı Banklararası Valyuta Birjasının (BBVB) USD/AZN_TOD aləti üzrə keçirilən ticarətin yekunlarına görə, 2010-ci ilin iyulunda qabaqcıl bankların beşliyi - Azərbaycanın Beynəlxalq Bankının başçılıq etdiyi birja bazarının aparıcı operatorlarının beşliyi müəyyən edilib. Bu barədə birjanın cümə axşamı yayılan məlumatında bildirilir.

Hərracların ümumi həcmində ən yüksək paya malik olan lider banklar qrupuna ASB Bank," Bank RespublikaⅦ SKB, "Bank Standard" QSC, "AccessBank" SKB daxil olublar. Buna uyğun olaraq 2010-cu ilin iyulunda birja bazarının aparıcı operatorlarının siyahısı göstərilib:

BANKLAR

ÜMUMİ HƏCMİNDƏKİ PAYI (faizlə)

Azərbaycan Beynəlxalq Bankı

34,72

ASB Bank

23,23

Bank Respublika

2,48%

Bank Standard

2,13%

AccessBank

1,88%

Ümumi hesabda 2010-cu ilin iyulunda cari ilin iyul ayında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 10 bank iştirak edib. Həmin dövrdə keçirilən 44 ticarət sessiyasında 29 əqd qeydə alınıb.

Hesabat dövründə valyuta seksiyasında USD/AZN üzrə hərracların ümumi həcmi 88,96 milyon manat və ya dollar ekvivalentində 10 milyon təşkil edib. Eləcə də, Swap_USD/AZN_TOD_1Week aləti üzrə dövriyyə 8,042 milyon manat və ya dollar ekvivalentində 10 milyon təşkil edib. Bu alət üzrə dolların manata nisbi ortaölçülü məzənnəsi 0,8042 manat təşkil edib.

EUR/AZN aləti üzrə dövriyyə 0,201 milyon manat olub.

Hesabat dövründə iyun göstəricilərilə müqayisədə valyuta seksiyasında hərracların ümumi həcmi 54,6 milyon manat və ya 61,5 faiz artıb.

Hərracların birja elektron sistemində USD/AZN orta günlük dövriyyə təxminən 4,044 milyon manata çatıb ki, hər hərracın orta həcmi 3,068 milyon dollar təşkil edib.

Hesabat ayında USD/AZN_TOD aləti üzrə milli valyutanın birja məzənnəsi 0,04% artıb - hər USD görə 0,8024-dən 0,8021 AZN qədər.Nəticədə, milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi iyul ayında 0,8026-ya bərabər olub, halbuki, iyunda bu göstərici 0,8037 AZN təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti