...

Azərbaycanda iyulda qeyri-bank kredit təşkilatlarının sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2010 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir N.İsmayılov/

Azərbaycanda iyul ayında vergi orqanlarında "Kredit House" qeyri-bank kredit təşkilatı dövlət qeydiyyatından keçib. Bu barədə ölkənin Vegilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Təşkilat iki fiziki şəxds - Fuad Süleymanov və Ayan Qəmbərova tərəfindən təsis edilib. O, kommersiya fəaliyyəti üzrə dövlət qeydiyyatından iyulun 28-də keçib. Şirkətin nümayəndəsi Leyla Kərimova, Müşahidə Şurasının üzvləri Əhməd Mustafayev, Faiq Abbasov, Mübariz Balamiyev olub. Qeyri-bank kredit təşkilatının nizamnamə kapitalı dörd min manatdır.

Azərbaycan Mərkəzi Bankının "Qeyri-bank kredit təşkilatları haqqında" qanunu əsasında hazırlanan qaydalarına uyğun olaraq, kredit verilən zaman girov götürmək hüququna malik qeyri-bank kredit təşkilatının nizamnamə kapitalı üçün minimal tələb 300 min manat, kredit təşkilatları üçün 30 min manat səviyyəsində müəyyənləşib.

1 iyun 2010-cu il tarixinə olan məlumata görə, Azərbaycanda 100 qeyri-bank kredit təşkilatı fəaliyyət göstərir. Bu göstərici 2009-cu ilin sonunda 96 olub. Beynəlxalq humanitar təşkilatların hesabına maliyyələşdirilən kredit təşkilatlarının sayı 18 təşkil edir.

Avqustun 13-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti