...

Azərbaycanın istehlak bazarında 400 kq-yə yaxın vaxtıötmüş ərzaq malları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2010 19:30 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti pərakəndə satış obyektlərindən saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan 400 kq-yə yaxın ərzaq mallarını satışdan çıxarıb. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.
Azərbaycanın istehlak bazarında 400 kq-yə yaxın vaxtıötmüş ərzaq malları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 19 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti pərakəndə satış obyektlərindən saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan 400 kq-yə yaxın ərzaq mallarını satışdan çıxarıb. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Satışdan qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, balıq və digər dəniz məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Əhalinin istehlak hüquqlarının pozulması faktları Bakının Binəqədi, Sabunçu və Nəsimi rayonlarında, eləcə də İmişli, Bərdə, Masallı və Xaçmaz rayonlarında aparılan monitorinqlər zamanı aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti