...

IFC-nin vitse-prezidenti Tbilisiyə səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2010 19:19 (UTC +04:00)
IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) icraçı vitse-prezidenti Lars Faneli Gürcüstana rəsmi səfər edib. Sabah 11:45-də Baş nazir Nika Qiluarinin Faneli ilə Dövlət Dəftərxanasında görüşü keçiriləcək.
IFC-nin vitse-prezidenti Tbilisiyə səfər edib

Gürcüstan, Tbilisi, 24 аvqust /Trend, müxbir N.Kirsxaliya/

IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) icraçı vitse-prezidenti Lars Faneli Gürcüstana rəsmi səfər edib. Sabah 11:45-də Baş nazir Nika Qiluarinin Faneli ilə Dövlət Dəftərxanasında görüşü keçiriləcək. Bu barədə Trend-ə Gürcüstan Baş nazirinin Aparatından bildiriblər.

İlkin məlumatlara görə, tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər.

Görüşdən sonra birgə mətbuat konfransı təşkil olunacaq.

IFC ölkələrə yoxsulluğun aradan qaldırılması və həyat tərzinin yaxşılaşdırılmasında kömək edən Dünya Bankının üzvüdür. Təşkilatdan verilən məlumata görə, onlar özəl sektorun inkişafına kömək edirlər.

2009-cu ildə korporasiya inkişaf etməkdə olan ölkələrə iqtisadi böhran vəziyyətində kapital axını almaqda kömək edərək 14,5 milyard dollar həcmində kapital qoyub.

Xəbər lenti

Xəbər lenti