...

Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyası bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2010 17:54 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi "Günay Sığorta" ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasını bərpa edib.
Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyası bərpa edilib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Maliyyə Nazirliyi "Günay Sığorta" ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasını bərpa edib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Şirkətin lisenziyası əvvəllər fəaliyyətində aşkarlanmış pozuntuların aradan qaldırılması ilə bağlı bərpa olunub.

İyul ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Günay Sığorta" ASC-nin ümumi məbləği 1,05 milyon manat olan sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Emissiya çərçivəsində hər birinin nominal dəyəri bir min manat olan 1050 səhm buraxılıb. Səhmlərin yerləşdirilməsinin anderrayteri "Standard Capital" MMC-dir.

Yeni emissiyanın yerləşdirilməsindən sonra şirkətin nizamnamə kaplitalı 2,5 milyon manatadək, ümumi kapitalı isə 2,65 milyon manatadək çatdırılacaq.

Səhmlərin əlavə emissiyası öz kapitalını Maliyyə Nazirliyinin tələb etdiyi səviyyəyə çatdırmaq zərurəti ilə əlaqədar yaranıb. Mayın 7-də Azərbaycan Maliyyə Nazirliyinin göstərişi "Günay Sığorta"nın sığorta fəaliyyətinin həyata keçirilməsi üzrə lisenziyası dayandırılmışdı. Belə qərar sığorta qanunvericiliyi ilə müəyyən edilmiş ödəniş qabiliyyəti və sığortaçıların maliyyə sabitliyi normativlərinin yerinə yetirilməsi üzrə Dövlət Sığorta Nəzarəti Xidmətinin göstərişlərinin yerinə yetirilməməsi ilə bağlı idi.

"Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, 2010-cu il yanvarın 1-dən sığorta şirkətləri ümumi kapitalı iki milyon manatadək çatdırmalıdırlar. Şığorta şirkətləri tərəfindən normativ tələblər sərmayə qoyuluşlarının saxələndirilməsi üzrə tələblərə riayət olunmaması ilə bağlıdır. Çünki məhz bu halda vəsait (nizamnamə kaplitalı, sığorta ehtiyatları) ümumi kapitalı tam əhatə edə bilməz.

Qanunvericiliyə görə, azərbaycanlı sığortaçılar bank depozitlərinə ümumi kapitalın həcminin 60 faizindən çox, eləcə də bir bank 30 faizdən artıq vəsait yatıra bilməz. Qüvvədə olan "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, sığortaçılar daşınmaz əmlaka, özəl şirkətlərin kapitalına, eləcə də digər sahələrə sərmayə yatıra bilərlər, lakin bu, bank depozitlərinə investisiyaların sərfəli şərtlərinə görə edilmir.

Bankların depozit hesabları ölkə sığortaçıları üçün ən likvidlidir ki, bu da sığortaçılar tərəfindən vəsaitlərin banklarda aktiv investisiyalaşdırılmasının səbəbidir. Azərbaycan sığortaçıları bu gün daha azlikvidli və azgəlirli olan dövlət qiymətli kağızlarına da sərmayə qoyurlar.

Yanvar-iyun ayları üzrə "Günay Sığorta" şirkətinin sığorta haqları 0,44 milyon manat, ödəmələri isə 0,09 milyon manat təşkil edib.

1992-ci ildən fəaliyyət göstərən "Günay Siğorta"nın yeganə təsisçisi "Günay Bank" səhmdar bankıdır.

Avqustun 30-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti