...

"Təmiz Şəhər" Bakı şəhəri və ətraf qəsəbələrdə qeyri-qanuni tullantı sahələrində reydlər keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2010 18:18 (UTC +04:00)
Qeyri-qanuni tullantı sahələrinin ləvğ edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə "Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə 2009-cu ilin dekabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və ASC-nin daxil olduğu işçi qrupu yaradılıb.
"Təmiz Şəhər" Bakı şəhəri və ətraf qəsəbələrdə qeyri-qanuni tullantı sahələrində reydlər keçirir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Qeyri-qanuni tullantı sahələrinin ləvğ edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə "Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə 2009-cu ilin dekabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və ASC-nin daxil olduğu işçi qrupu yaradılıb. Bu barədə çərşənbə axşamı ASC-dən verilən məlumatda deyilir.

Cari il ərzində işçi qrupu tərəfindən Bakı şəhərində mövcud olan qeyri-qanuni tullantı sahələrində keçirilmiş mütəmadi reydlər zamanı Suraxanı rayonunun Zığ və Dədə Qorqud qəsəbələri, Binəqədi rayonunun "Baksol" adlanan sahəsi, Xocahəsən gölü sahili və Xətai rayonunda kərpic zavodunun ətrafında və digər çoxsaylı qeyri-qanuni tullantı sahələrində müxtəlif qanun pozuntuları aşkar edilib. Sistematik reydlər zamanı mövcud qanunvericiliyi müxtəlif şəkildə pozma halları aşkar olunub.

"Belə ki, bərk məişət tullantılarının daşınması ilə məğul olan qurumlar tullantıları Balaxanı poliqonuna daşımalı olduğu halda, bəzi sürücülərin tullantıları son məntəqəyə qədər daşımadığı, bununla da qanun pozuntusuna yol verildiyi müəyyən edililib", - məlumatda deyilir.

Bundan başqa, qeyri-qanuni tullantı sahələrinə tullantı daşıyan maşın sahibləri işçi qrupu tərəfindən reydlərin keçirilməsi barədə məlumatlı olduğu üçün tullantıları qeyri-qanuni sahələrə axşam və gecə saatlarında daşımağa başlayıblar. Aşkar edilmiş faktlarla bağlı müvafiq müəssisə və mənzil-kommunal təsərrüfat birliklərinə məlumat göndərilib, onlardan gələcəkdə belə halların qarşısının alınması barədə tədbir görmələri tələb olunub.

Hazırda belə halların aradan qaldırılması məqsədilə müəyyən tədbirlər hazırlanır.

"Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması və məişət tullantılarının rəsmi fəaliyyət göstərən Balaxanı tullantı poliqonuna daşınmasının təmin edilməsi məqsədilə bu ilin mart-aprel aylarında tullantı sahələrinin inventarizasiyası keçirilib. İnventarizasiya zamanı Bakı şəhəri və ətraf qəsəbələrdə qanunsuz fəaliyyət göstərən 2000-dən çox tullantı sahəsi aşkar edilib.

Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2008-ci il tarixli "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, Bakı şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi "Təmiz Şəhər" ASC-yə, əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının toplanması və daşınması isə Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Xəbər lenti

Xəbər lenti