...

Azərbaycanda intensiv bağçılığın inkişafı üzrə investisiya layihələrinin qəbulu elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 18:51 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu intensiv bağçılığın (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm, alça, zeytun, zoğal, subtropik və sitrus meyvə bağlarının salınması) və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan edib.
Azərbaycanda intensiv bağçılığın inkişafı üzrə investisiya layihələrinin qəbulu elan olunub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir А.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu intensiv bağçılığın (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm, alça, zeytun, zoğal, subtropik və sitrus meyvə bağlarının salınması) və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan edib.

Müsabiqə çərçivəsində layihələr ölkənin bütün iqtisadi rayonları üzrə (Bakıdan başqa) qəbul olunur.

Fonqun qaydalarına əsasən, investisiya layihələrinin minimum 30%-i sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilməldir.

Sahibkarlar, ilk növbədə, fondun səlahiyyətli kredit təşkilatlarına müraciət etməli və maliyyələşdirmə haqqında müsbət rəy aldıqdan sonra 2010-cu il oktyabrın 21-dək SKMF-ə layihələri təqdim etməlidirlər.

Təkliflər paketinin açılması 2010-cu il oktyabrın 25-də baş tutacaq.

Qəbul olunmuş qərar 2010-cu il noyabrın 10-da Fond tərəfindən elan olunacaq.

Xəbər lenti

Xəbər lenti