Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
"Deloyt" Birliyi öz tarixində ilk dəfə olaraq peşəkar xidmətlərin göstərilməsi üzrə dünyada ən iri özəl şirkətə çevrilib, - bu barədə şirkətin Bakı ofisindən verilən məlumatda deyilir.
"Mövcud hüdudları aşaraq "Deloyt" öz rəqiblərini - peşəkar xidmətlərin göstərilməsi üzrə digər özəl şirkətləri arxada qoyub; hazırda gəlir səviyyəsi və əməkdaşların sayına görə liderdir.
2010-cu il mayın 30-da başa çatan maliyyə ilinin yekunlarına əsasən, "Deloyt"un ümumi gəliri 26 578 milyard dollar təşkil edib, dünya üzrə əməkdaşlarının sayı 170 min nəfərə çatıb ki, onun da 35 faizi prioritet bazarlarda fəaliyyət göstərir.
"Hazırkı şirkət "Deloitte Haskins & Sells" və "Touche Ross & Co."nun birləşməsi nəticəsində yaranıb. 1989-cu il və həmin dövrlərdə biz "böyük səkkizlik"in ən kiçik şirkəti idik. Bu illər ərzində biz heç vaxt qarşımıza "böyük səkkizlik"in ən böyük şirkəti olmağı məqsədini qoymamışıq- biz həmişə ən yüksək keyfiyyət standartlarına uyğun gəlməyə, daha yaxşı olmağa çalışmışıq", - "Deloyt Tuş Tomasu Limited"in (DTTL) direktoru Cim Kviqli deyib.
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün şirkət mütəxəssisləri hər zaman müştərilərə ən yaxşı təcrübələrə uyğun, ümumdünya səviyyəsində tanınan xidmətlər göstərməklə yüksək keyfiyyət standartlarını saxlamağa cəhd göstəriblər. Onların öz məqsədləri və şirkətin əsas dəyərlərinə bağlılığı "Deloyt"un dünyada peşəkar xidmətlərin göstərilməsi üzrə "bir nömrəli" özəl şirkətə çevrilməsinə imkan yaradıb.
"Bu bizim fəaliyyət tariximizdə müəyyənləşdirici faktdır", - Kviqli deyib.
Bu illər ərzində "Deloyt" rəqibləri ilə uyğunsuzluğu tədricən aradan qaldırmaq və öz liderliyini möhkəmləndirməyə müvəffəq olub. Əslində, "böyük dördlük"ə daxil olan şirkətlərin ümumi gəlirini nəzərə alsaq, son 5 ildə "Deloyt" peşəkar xidmət göstərilməsi üzrə ən sürətlə inkişaf edən özəl şirkət olaraq qalıb. 2005-ci ildən 2009-cu ilə qədər, ilbəil "Deloyt" artım sürətinə görə, "böyük dördlük"ün digər şirkətlərini 2,7-3,3 faiz geridə qoyub. Şirkət keyfiyyət üstünlüyü, strateji nailiyyətlər və aparıcı, inkişaf etmiş bazarlara investisiya qoyuluşu hesabına liderliyə nail olub.
"DTTL" və ona daxil olan şirkətlər 5 il ərzində öz inkişafını saxlamaq üçün bir milyard dollardan çox strateji vəsait xərcləyib. Bu investisiyalar innovasiya xidmətlərinin göstərilməsi və çoxtərəfli təkliflərin işlənilib- hazırlanması, inkişaf etməkdə olan və prioritet bazarlarda imkanların artırılması, müştərilərə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması, yeni istedadlı kadrların cəlb olunması və "Deloyt"un bütün dünya üzrə mütəxəssislərinin ixtisaslarının artırılmasına yönəldilib. Əsas investisiya istiqamətləri olaraq, aşağıdakıları qeyd etmək lazımdır:
- 500 milyon dollardan çox prioritet bazarlarda biznesin inkişafına yönəldilib - Braziliya, Çin, Hindistan, Yaponiya, Yaxın Şərq, Rusiya və Cənub-Şərqi Asiyada, həmçinin, bir sıra Avropa ölkələrində;
- 400 milyon dollara yaxın məbləğ daim dəyişilən bazar şərtlərində müştərilərə xidmət keyfiyyətinin artırılması üçün dünyanın müxtəlif ölkələrində "Deloyt" mütəxəssislərinin ixtisasının artırılmasına ayrılıb. 300 milyon dollar şirkətin 2011-ci ildə Texas ştatında açmağı planlaşdırdığı "Deloyt" universitetinin inkişafına ayrılıb, o şirkət mütəxəssislərinin təhsili və inkişafı üçün əlavə vasitəyə çevriləcək. Bununla yanaşı, yaxın 5 il ərzində "Deloyt" 250 mindən çox yeni işçi cəlb etməyi planlaşdırır;
- 100 milyon dollardan çox "Deloyt" qlobal şəbəkə çərçivəsində şirkətin yeni əməliyyat və biznes-strategiyası - "As One" strategiyasının gerçəkləşməsinə ayrılıb. "As One" strategiyası biznes sahəsində istənilən maneələrə baxmayaraq, "Deloyt"un tərkibinə daxil olan şirkətlərin yüksəkkeyfiyyətli xidmətinin effektivliyini artırmaq məqsədilə müştərilərin kompleks tələblərinə cavab olaraq işlənilib-hazırlanıb.
- 300 milyon dollardan çox vəsait "Deloyt"un audit sahəsində xidmətlərinin inkişafına ayrılıb. Audit "Deloyt" daxilindəki firmaların göstərdikləri xidmət portfelinin əsas tərkib hissəsidir və investisiyaların bölüşdürülməsində prioritet hələ də xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, fəaliyyətin bu sahəsinə təsir göstərən normativ-hüquqi, iqtisadi və digər faktorlar nəzərə alınmaqla, audit sahəsində texnologiya və metodların inkişafına verilir.
Digər investisiyalar tərəfdaş təlim proqramlarının həyata keçirilməsində və "Deloyt" tərkibindəki firmaların əməkdaşlarının inkişafında istifadə olunacaq.
"Qlobal bazar dəyişiklikləri və işgüzar imkanların yenidən mənalandırılmasının davam etdiyi şəraitdə "Deloyt" öz qarşısına fəaliyyətinin miqyasının genişləndirilməsini və artırılmasını qoyur ki, bu da müştərilərin daha mürəkkəb məsələlərinin həll edilməsi, eləcə də yaranan kommersiya imkanlarından effektiv istifadə etməklə, müştərilərə yardımın göstərilməsi üçün lazımdır", - "Deloyt Tuş Tomasu Limited" (DTTL) qlobal şəbəkəsinin əməliyyatlar üzrə idarəedici direktoru Manoj Sinqh deyib.
Yeni strategiya "As One" "Deloyt"un iştirakının və fəaliyyət miqyasının genişlənməsinə, əsas bazarların prioritetliyinin artırılmasına yönəlib; eləcə də şirkətin dünyanın istənilən nöqtəsində xidmətlərin göstərilməsinə hazır olmasını əks etdirir. "As One" strategiyası çərçivəsində investisiyaların xeyli hissəsi "Deloyt"un tərkibindəki firmaların öz müştərilərinə, o cümlədən, texniki vasitələrdən istifadə etməklə xidmət modelinin yenidən qurulması üçün xidmətlərin inkişafına, dünya bazarında təklifin artırılması və genişlənməsinə, innovasiyalı kommersiya imkanlarının aşkar edilməsinə yönələcək.
Bundan başqa, "As One" strategiyası "Deloyt"un artan prioritet və strateji bazarlarına, o cümlədən, Çin və Hindistan bazarlarına yönələcək.
"Deloyt"un "As One" strategiyasının hazırkı potensialı ondan ibarətdir ki, onun tərkibinəki bütün firmalar müştərilərlə iş üçün beynəlxalq komandalar çərçivəsində öz əməkdaşlarının qiymətli biliklərini və misilsiz bacarıqlarını birləşdirirlər, - DTTL Direktorlar Şurasının sədri və "Deloyt"un Böyük Britaniyadakı baş direktoru Con Konnolli bildirib. - "As One" strategiyası - bizim fərqləndirici əlamətimizdir: o, bütün dünyada "Deloyt" adından fəaliyyət göstərən mütəxəssisləri birləşdirir.
"Deloyt" adı DTTL-ə, Böyük Britaniya qanunvericiliyinə əsasən iştirakçıların zəmanətli həddində qeydiyyatdan keçən özəl şirkətə daxil olan bir və ya istənilən hüquqi şəxsə aiddir; hər belə hüquqi şəxs asılılığı olmayan və müstəqil bir hüquqi şəxsdir.
DTTL-in hüquqi strukturu və ona daxil olan hüquqi şəxslər barədə ətraflı məlumat www.deloitte.com/about saytında verilib. "Deloyt"un MDB-dəki hüquqi strukturu haqqında ətraflı məlumat www.deloitte.com/ru/about saytında təqdim edilib.
"Deloyt" audit, vergiqoyma, sənayenin müxtəlif sahələrində işləyən dövlət və özəl şirkətlərə idarəetmə və maliyyə məsləhəti sahəsində xidmətlər təqdim edir. "Deloyt" dünyanın 140-dan çox ölkəsində fəaliyyətin istənilən sahəsində geniş sahə biliklərini və müştərilərə xidmət göstərərkən çoxillik praktik iş təcrübəsindən istifadə edən beynəlxalq şirkətlər şəbəkəsidir. "Deloyt"un bütün dünyada 170 000-ə yaxın mütəxəssisi öz müştərilərinə peşəkar xidmətlərin göstərilməsində təkmilləşmə ideyalarına nail olmağa sadiqdir.
"Deloyt" MDB-də
"Deloyt", MDB - dünyanın 10 regionunun 15 ofisində 3 000 əməkdaşın peşəkar təcrübəsindən istifadə edən audit, konsaltinq, korporativ maliyyə, risklərin idarə edilməsi, vergiqoyma və hüquq sahəsində aparıcı auditor və konsaltinq şirkətlərindən biridir. Kadr resurslarının inkişafı sahəsində innovasiya proqramlarının həyata keçirilməsində ən yaxşı işəgötürən adını qazanan "Deloyt", MDB-də öz müştəri və əməkdaşlarının uğur qazanmasına kömək etmək üçün əlindən gələni edir.
Şirkətin əsas məqsədi - MDB-də aparıcı auditor və konsaltinq şirkəti olmaq, beynəlxalq müştərilərə xidmətlərin tam spektrini göstərmək və yerli müştərilərə xidmətin göstərilməsi sahəsini maksimal genişləndirməkdən ibarətdir.