...

Gürcü dənizçilərə Aİ limanlarına daxil olan gəmilərdə işləmək qadağan oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2010 19:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Ola bilsin ki, Gürcüstan dənizçiləri Avropa İttifaqı ölkələrinin limanlarına daxil olan gəmilərdə işləyə bilməsinlər. Bu barədə Gürcüstanın iqtisadiyyat naziri Vera Kobaliya Batumi Dəniz Akademiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstanın vahid nəqliyyat administrasiyası artıq mümkün problemlər barədə xəbərdarlıq alıb.

Kobaliya bildirib ki, administrasiya mümkün çətinliklərdən qaçmaq üçün mövcud məsələ üzrə işməyə başlayır.

Avropanın dəniz təşkilatı EMSA 2006-2007-ci illərdə Gürcüstan vahid nəqliyyat administrasiyasında araşdırmalar aparıb. Lakin administrasiya pozuntular haqqında xəbərdarlığı bu il alıb.

Dekabrda Gürcüstana təşkilatın yerlərdə vəziyyəti öyrənən və məsləhətlər hazırlayan ekspert qrupu gələcək.

Xəbər lenti

Xəbər lenti