Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanın sığorta şirkəti MBASK ASC-nin adı AXA MBASK ilə əvəz edilib. Bu barədə çərşənbə günü Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarət Xidmətindən məlumat verilib.
Bununla əlaqədar olaraq 2007-ci il dekabrın 7-də MBASK sığorta şirkətinə verilən lisenziya yenilənib.
Şirkətin adının dəyişdirilməsi oktyabr ayında Fransanın "AXA Group" şirkətinin Azərbaycanın böyük sığorta şirkəti, əcnəbi səhmdarın nəzarət səhm paketlərini aldığı MBASK-ın səhmdarlar tərkibinə daxil olması ilə bağlıdır. Mövcud səhm paketi "AXA Group"un törəmə şirkəti - İspaniyanın "AXA Seguros Generales" şirkətinə MBASK kapitalında bankın səhmlərinin 30 faizi və şirkətin əsas səhmdarı Eldar Qurbanovun səhmlərinin 21 faizinin məxsus olduğu Avropa Yenidənqurma və İnkişaf Bankının paylarını almaq hesabına verilib. Qəribova qalan 49 faiz pay məxsus olacaq.
MBASK 29 növ sığorta xidməti göstərir ki, onun dördü icbaridir. Şirkətin nizamnamə kapitalı 5,73 milyon manat təşkil edir.
AXA həyat və sağlamlıq, əmanətin sığortlanması, beynəlxalq sığorta və təkrar sığorta, maliyyə resurslarının idarəsi üzrə və başqa xidmətlər göstərir.
Əsası 1816-cı ildə qoyulmuş şirkətin mənzil-qərargahı Parisdə yerləşir.
AXA-nın işçi heyəti 216 min nəfərdən çoxdur, müştəri bazası isə bütün dünya üzrə 96 milyon nəfər təşkil edir.
"Fortune" jurnalında qeyd olunduğu kimi, AXA dünyanın 500 böyük şirkətləri siyahısında doqquzuncu mövqeyi tutur.
Dekabrın 8-nə olan rəsmi məzənnə 0,7993 AZN/USD təşkil edir.