...

ARDNŞ-nin Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahaları Naxçıvanda yeni aksiyaya başlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2010 17:18 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkim briqadası dekabrın 6-dan etibarən Naxçıvan Muxtar Respublikasında yeni aksiyaya start verib. Bu barədə şirkətin çərşənbə günü yayılan məlumatında deyilir.
ARDNŞ-nin Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahaları Naxçıvanda yeni aksiyaya başlayıblar

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkim briqadası dekabrın 6-dan etibarən Naxçıvan Muxtar Respublikasında yeni aksiyaya start verib. Bu barədə şirkətin çərşənbə günü yayılan məlumatında deyilir.

Dekabrın 12-dək davam edəcək aksiya çərçivəsində Naxçıvanın Müalicə-Diaqnostika Mərkəzində MNX-nin Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi ilə ürək çatışmazlığından əziyyət çəkən 27 nəfər üzərində açıq ürək əməliyyatı aparılması planlaşdırılır.

Aksiya başlayandan 8 xəstə üzərində analoji əməliyyatlar aparılıb və onların hamısı uğurla nəticələnib. Əməliyyat olunacaq xəstələr arasında 10-a yaxın uşaq var və onlardan ən kiçiyi 2 yaşındadır.

Keçirilən bütün əməliyyatlar ARDNŞ-nin maliyyə dəstəyi hesabına gerçəkləşdirilir və indiki əməliyyatlar nəzərə alınmaqla, son 3 ildə MNX-nin həkimləri tərəfindən açıq ürək əməliyyatı aparılan Naxçıvan sakinlərinin sayı 177-yə çatacaq.

"Cari ilin sonunda Naxçıvan MDM-də MNX-nin həkim-mütəxəsssləri tərəfindən ilk transplantoloji əməliyyatın həyata keçirilməsi də nəzərdə tutulub", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti