Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Azərbaycan Nəqliyyat Nazirliyi Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın nəqliyyat üzrə işçi qrupunun bu gün Kiyevdə işə başlayan altıncı iclasında iştirak edir. Bu barədə bazar ertəsi Nəqliyyat Nazirliyindən məlumat verilib. İclas dekabrın 14-dək davam edəcək.
Məlumatda deyildiyi kimi, iclasda GUAM nəqliyyat dəhlizinin inkişaf konsepsiyası layihəsinin, nəqliyyat sektorunda iştirakçı-ölkələr arasında əlaqələrin genişləndirilməsi, həmçinin digər məsələlərin yekun razılaşdırılması planlaşdırılır.
Azərbaycanı iclasda Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin rəhbəri Sədrəddin Məmmədov və şöbənin baş məsləhətçisi Azər Əliyev təmsil edir.