...

Azərbaycanda iki süd məhsulları istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2011 20:04 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Kaspian Prodakşn Layn" MMC-yə 1,5 min manat və fiziki şəxs Gülbala Qasımzadəyə 1,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib.
Azərbaycanda iki süd məhsulları istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Kaspian Prodakşn Layn" MMC-yə 1,5 min manat və fiziki şəxs Gülbala Qasımzadəyə 1,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

"Bundan əvvəl Dövlət Xidməti süd məhsullarının istehsalı ilə məşğul olan bu istehsalçılarla bağlı antiinhisar qanunvericiliyinin pozulması faktı üzrə iş açmışdı", - məlumatda deyilir.

Yanvarın 27-nə olan rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti