...

Azərbaycan bankı "PAŞA Bank" dövriyyəyə bir sıra kart məhsulları buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2011 11:54 (UTC +04:00)
"PAŞA Bank" göstərdiyi xidmətlərin çeşidliliyinin artırılması istiqamətində daha bir addım ataraq öz müştəriləri üçün bir sıra yeni kart məhsulunu dövriyyəyə buraxıb. Bu barədə bankın məlumatında deyilir.
Azərbaycan bankı "PAŞA Bank" dövriyyəyə bir sıra kart məhsulları buraxıb

Azərbaycan, Bakı, 29 yanvar/Trend/

"PAŞA Bank" göstərdiyi xidmətlərin çeşidliliyinin artırılması istiqamətində daha bir addım ataraq öz müştəriləri üçün bir sıra yeni kart məhsulunu dövriyyəyə buraxıb. Bu barədə bankın məlumatında deyilir.

Bunların arasında Bankın öz korporativ müştəriləri üçün işləyib hazırladığı bir neçə kart məhsulu xüsusi yer tutur:

Gömrük kartı: Bu kart məhsulu gömrük rüsumlarının ödənilməsini asanlaşdırmaq üçün nəzərdə tutulub. Nağd pulla aparılan ödənişləri və ya uzun və çox vaxt aparan bank köçürmələrini elektron ödənişlər səmərəli şəkildə əvəz edir. Əməliyyatlar yalnız Gömrük Terminallarında aparıla bildiyinə görə gömrük kartları xərclərə nəzarət etmək üçün yaxşı bir vasitədir.

Korporativ Kart: Bu kart işgüzar fəaliyyətə bağlı xərclərə effektiv bir şəkildə nəzarət etməyə imkan verən mükəmməl vasitədir. Korporativ kart PAŞA Bankın Korporativ Müştərilərin səlahiyyətli işçilərinə nümayəndəlik xərclərini, inzibati xərcləri, eləcə də işgüzar səfərlərə aid xərcləri ödəmək üçün verilə bilər. Bu kart bir qlobal kartı olaraq dünyanın hər yerində qəbul edilir. Kart bir sıra unikal xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən biri dünyanın hər yerində həftənin 7 günü və günün 24 saatı fəaliyyət göstərən "Həll Et" komandasının mövcudluğudur. "Həll Et" komandası oğurlanmış/itirilmiş kartlar barədə məlumatı qəbul edərək kartı 48 saat ərzində yenisi ilə əvəz edir, ehtiyac olduğu zaman kart sahibini 2 saat ərzində təcili nağd pul avansı ilə təmin edir. Bundan əlavə, xarici səfərlər zamanı kart sahibinə 24 saat hüquqi və tibbi məsləhət verilə bilir. Xarici səfərlər zamanı müştərinin Tibbi və Səfər sığortası da kartın təqdim etdiyi unikal özəlliklərdən biridir.

Bank öz korporativ müştərilərinə əmək haqqı ödənişlərini asanlaşdırmaq üçün yalnız PAŞA Banka məxsus xüsusiyyətlərə sahib Əmək Haqqı kartını da dövriyyəyə buraxıb.

PAŞA Bank mövcud fərdi müştəri üçün də bir neçə kart məhsulu işləyib hazırlamışdır ki, bunların arasında "Fleksi Kart" və "Premium" kartlarını xüsusi qeyd etmək olar. Bu kartlar bir sıra orijinal və eksklüziv xüsusiyyətlərə malikdir.

Xəbər lenti

Xəbər lenti