...

Azərbaycan, Rusiya və İran yeni dəmir yolunun inşası perspektivlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2011 13:00 (UTC +04:00)
Azərbaycan, Rusiya və İranın dəmiryol idarələrinin nümayəndələri fevralın 7-8-də Tehranda "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin tərkib hissəsi olan Qəzvin - Rəşt - Astara (İran) - Astara (Azərbaycan) dəmiryol xəttinin inşası çərçivəsində birgə müəssisənin yaradılması məsələsini müzakirə edəcəklər.
Azərbaycan, Rusiya və İran yeni dəmir yolunun inşası perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycan, Rusiya və İranın dəmiryol idarələrinin nümayəndələri fevralın 7-8-də Tehranda "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin tərkib hissəsi olan Qəzvin - Rəşt - Astara (İran) - Astara (Azərbaycan) dəmiryol xəttinin inşası çərçivəsində birgə müəssisənin yaradılması məsələsini müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin verdiyi məlumatda deyilir.

İclasda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov iştirak edəcək.

Bundan əvvəl, İranın Dəmiryol İdarəsinin beynəlxalq şöbəsinin rəhbəri Abbas Nəzərinin dediyi kimi, üç ölkənin dəmir yol idarələrinin rəhbərləri fevralın 7-də Tehranda dəmir yol inşası layihəsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında saziş imzalayacaqlar. Birgə müəssisənin nizamnamə kapitalı üç milyon dollar təşkil edəcək ki, müvafiq olaraq hər iştirakçının payına bir milyon dollar düşəcək.

Bu layihə çərçivəsində Azərbaycan ərazisində Astara stansiyasına qədər 8,5 kilometr dəmiryolunun inşası nəzərdə tutulur. Sərhəd dəmiryol körpüsünün tikilməsi də vacibdir. Eyni zamanda, mövcud layihənin gerçəkləşməsi İranla bərabər əsaslarda həyata keçiriləcək.

"Şimal-Cənub" dəhlizi üzrə yüklərin daşınması birinci mərhələdə ildə beş milyon ton həcmində nəzərdə tutulur, gələcəkdə isə həcmin ildə 10-15 milyon tona qədər artırılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti