...

Bakı-İzmir marşrutu üzrə uçuşlar Novruz bayramına qədər başlayacaq - konsul

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2011 11:59 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC Novruz bayramına qədər (20 mart)Türkiyənin İzmir şəhərinə sınaq uçuşlarına başlayacaq . Bu barədə Azərbaycanın İstanbuldakı konsulu Pərviz Məmmədzadə bildiirb. Xəbəri Türkiyənin " Hürriyyət " qəzeti çərşənbə günü yayıb.
Bakı-İzmir marşrutu üzrə uçuşlar Novruz bayramına qədər başlayacaq - konsul

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir A.Axundov/

"Azərbaycan Hava Yolları" QSC Novruz bayramına qədər (20 mart) Türkiyənin İzmir şəhərinə sınaq uçuşlarına başlayacaq. Bu barədə Azərbaycanın İstanbuldakı konsulu Pərviz Məmmədzadə bildirib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü Türkiyənin "Hürriyyət" qəzeti yayıb.

"İzmirə sınaq uçuşları Novruz bayramınadək başlayacaq, ondan sonra yaxın vaxtlarda müntəzəm reyslərə başlanacaq", - Məmmədzadə deyib.

Bir az əvvəl "Azərbaycan Hava Yolları" QSC məlumat vermişdi ki, bu il martın 18-də Bakı - İzmir-Bakı marşrutu üzrə yeni J2041/042 müntəzəm aviareysi açılacaq.

Reys bazar ertəsi və cümə günləri "Airbus-320" təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Bakıdan 10:55-də uçacaq və İzmirə 11:55-də çatacaq (yerli vaxtla). İzmirdən təyyarə 12:55-də çıxacaq, paytaxta isə Bakı vaxtı ilə 17:35-də gələcək.

Birtərəfli biletin qiyməti 166 avro, gediş-gəliş üçün isə 272 avrodur.

Fevralın 23-ə rəsmi məzənnə 1,0877 AZN/EUR təşkil edir.

Xəbər lenti

Xəbər lenti