...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımı ilə mübarizəni gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2011 15:20 (UTC +04:00)
Martın 4-də İqtisadi İnkişaf Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən görüləcək işlərlə bağlı geniş kollegiya iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin şənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımı ilə mübarizəni gücləndirir

Azərbaycan, Bakı, 5 mart/Trend, müxbir N.İsmayılova/

Martın 4-də İqtisadi İnkişaf Nazirliyində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən görüləcək işlərlə bağlı geniş kollegiya iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin şənbə günü yaydığı məlumatda deyilir.

İclas çərçivəsində ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, müasir texnologiyalara əsaslanan yerli istehsalın gücləndirilməsi, üzümçülüyün inkişafına dair Dövlət Proqramının hazırlanması, taxılçılığın inkişafı və toxum təminatının yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin tam təmin olunması, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, inkişaf etmiş ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması, sənayeləşmənin sürətləndirilməsi, süni qiymət artımına və inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və digər sahələrdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İclası yekunlaşdıran iqtisadi inkişaf naziri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.

İclasda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı tədbirlər planının hazırlanması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti