...

"TuranBank" nizamnamə kapitalını 2 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2011 12:33 (UTC +04:00)
"Bakı Fond Birjası" QSC-də (BFB) "TuranBank" ASC-nin ümumi məbləği 2 milyon manat olan səhmlərinin yerləşdirilməsi nəzərdə tutulur.
"TuranBank" nizamnamə kapitalını 2 milyon manat artırır

Azərbaycan, Bakı, 7 mart /Trend/

Martın 9-dan etibarən "Bakı Fond Birjası" QSC-də (BFB) "TuranBank" ASC-nin ümumi məbləği 2 milyon manat olan səhmlərinin yerləşdirilməsi nəzərdə tutulur. Bu barədə birjanın bazar ertəsi yaydığı məlumatda deyilir.

Emissiya prospektinə hər birinin nominal dəyəri 1000 manat olan 2 min ədəd qiymətli kağız daxildir.

Yerləşdirmənin anderrayteri qismində "Chelsea Capital" MMC çıxış edir.

2010-cu il ərzindəki təkrar kapitallaşma prosesində bankın nizamnamə kapitalı 18,5 milyon manata çatıb. Bankın 25 səhmdarı var ki, onların beşi hüquqi şəxs (21,8 faiz), 20-si fiziki şəxsdir (78,2 faiz).

Martın 7-nə olan rəsmi məzənnə 0,7938 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti