...

2010-cu ildə Azərbaycanda 10 minə yaxın əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi 2010-cu il ərzində 3201 müəssisədə əmək qanunvericiliyinə əməl olunması üzrə dövlət yoxlanışı ilə bağlı tədbirlər keçirib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

"Bu müddət ərzində 10 minə yaxın qanun pozuntusu aşkar edilib", - məlumatda deyilir.

Pozuntuların çox hissəsi - 22 faizi əmək müqavilələrinin bağlanmaması və onun şərtlərinin yerinə yetirilməməsi ilə bağlıdır.

Ötən il keçirilən tədbirlər nəticəsində 3404 işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilib. Hazırda ölkədə 100 mindən çox işəgötürənin tabeçiliyində işləyən təxminən 4 milyon nəfər qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti