...

Azərbaycandakı Balaxanı poliqonunda yaşıllaşdırma işləri davam etdirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2011 15:07 (UTC +04:00)
Aprelin 2-də Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyi və "Təmiz Şəhər" ASC-nin əməkdaşları poliqon ərazisi və ətrafında yaşıllaşdırma işləri aparıblar.
Azərbaycandakı Balaxanı poliqonunda yaşıllaşdırma işləri davam etdirilir (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Aprelin 2-də Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyi və "Təmiz Şəhər" ASC-nin əməkdaşları poliqon ərazisi və ətrafında yaşıllaşdırma işləri aparıblar. Trend-in məlumatına görə, bu barədə ASC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Tədbir çərçivəsində ərazidə 1000-ə yaxın ağac və bəzək kolları əkilib.

Qeyd edək ki, Balaxanı poliqonu ərazisində yaşıllaşdırma kampaniyası artıq ənənəvi hal alıb. Belə ki, 2010-cu ildə poliqon yaxınlığında bir neçə dəfə yaşıllaşdırma və abadlıq işləri aparılmış, 2000-dən çox ağac və bəzək kolları əkilmişdir. Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti