...

Azərbaycan ilə İordaniya arasında hökumətlərarası komissiyanın II iclasının yekunları üzrə protokol imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 14:27 (UTC +04:00)
Azərbaycan ilə İordaniya ticari, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının yekunlarına dair protokol imzalayıblar.
Azərbaycan ilə İordaniya arasında hökumətlərarası komissiyanın II iclasının yekunları üzrə protokol imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan ilə İordaniya ticari, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının yekunlarına dair protokol imzalayıblar. Sənədi Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Şahin Mustafayev, İordaniya tərəfindən isə sənaye və ticarət naziri Hani Mülki imzalayıb.

"Azərbaycan və İordaniya bütün sahələrdə əməkdaşlığı uğurla inkişaf etdirirlər. Hökumətlərarası komissiyanın birinci iclasının keçirilməsindən sonra önəmli nəticələrə nail olunub və iki ölkənin Təhsil nazirlikləri arasında niyyət protokolu, İKT, kənd təsərrüfatı sahələrində qarşılıqlı anlaşma haqqında memorandum, gömrük işində yardım haqqında saziş və hava nəqliyyatında əməkdaşlıq haqqında saziş kimi mühüm sənədlər imzalanıb", - Mustafayev bildirib.

Nazirin sözlərinə görə, hökumətlərarası komissiyanın ikinci iclasının yekunları üzrə protokolda turizm, kənd təsərrüfatı, Azərbaycandan İordaniyaya və əks istiqamətdə ixracın genişləndirilməsi, bu ölkəyə Azərbaycan nefti və qazının ixracı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Eləcə də Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İordaniyanın müvafiq strukturu arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması imkanlarına da baxılıb.

2010-cu ilin yekunları üzrə Azərbaycan ilə İordaniya arasında mal dövriyyəsi 2,473 milyon dollar təşkil edib ki, buradan idxal əməliyyatlarının payına 99,2 faiz (2,453 milyon dollar) düşüb.

Xəbər lenti

Xəbər lenti