...

Azərbaycan Sənaye Bankının kredit portfeli 53 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

"Azərbaycan Sənaye Bankı" ASC-nin aktivlərinin həcmi ötən ilin 1 aprel tarixi ilə müqayisədə 78 faiz artaraq 189,4 milyon manat təşkil edib. Bu barədə bankdan verilən məlumatda deyilir.

Hesabat ilində bankın kredit portfeli 53 faiz artaraq 97,8 milyon manat, o cümlədən istehlak kreditlərinin həcmi 97 faiz artaraq 57,8 milyon manat, depozit portfeli 132 faiz artaraq 131,1 milyon manat təşkil edib. Bu müddət ərzində bankın müştərilərinin sayı 41 faiz artaraq 31 723 nəfərə, plastik kartlarının sayı isə 58 faiz artaraq 18 744 ədədə çatıb.

Ötən il bankın ümumi gəlirləri 26 faiz artaraq 3,6 milyon manat, ümumi xərcləri 7 faiz artaraq 3,1 milyon manat olub. Nəticədə, bankın xalis mənfəəti 0,5 milyon manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 8 faiz artaraq 26,8 milyon manata, o cümlədən nizamnamə kapitalı 9 faiz artaraq 24,0 milyon manata çatıb.

Hesabat ilində bank tərəfindən əlavə 10 bankomat və 41 POS-terminal quraşdırılıb.

"Azərbaycan Sənaye Bankı" 1996-cı ildə yaradılıb. Bankın ölkə üzrə 8 filialı, 32 bankomatı və 299 POS-terminalı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti