...

Payızda Bakıda ilk "Sheraton" oteli açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2011 12:22 (UTC +04:00)
"Starwood Hotels and Resorts Worldwide" şirkəti "Silk Way Airlines" MMC ilə bu payız Bakıda "Sheraton" otelinin açılması barədə saziş imzalayıb. Trend-in məlumatına göər, bu barədə çərşənbə günü şirkətin rəsmi saytında bildirilib.
Payızda Bakıda ilk "Sheraton" oteli açılacaq

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.İsmayılov/

"Starwood Hotels and Resorts Worldwide" şirkəti "Silk Way Airlines" MMC ilə bu payız Bakıda "Sheraton" otelinin açılması barədə saziş imzalayıb. Trend-in məlumatına göər, bu barədə çərşənbə günü şirkətin rəsmi saytında bildirilib.

"Sheraton Baku Airport Hotel"in açılması "Starwood"un Azərbaycanda işə başlaması deməkdir və şirkətin yaxın 3 il ərzində bütün dünyada 60-dan çox otelin açılması ilə bağlı strateji planının bir hissəsidir.

Otelin açılması Bakı aeroportundakı mövcud "Holiday İnn" otelinin modernləşdirilməsi və dəyişdirilməsini nəzərdə tutur. Bu barədə Trend-ə "Silk Way"-dən bildirilib. Açılış mərasimi bu il oktyabrın 1-ə planlaşdırılır.

"Yeni hüdudlara çıxış bizim strateji genişləndirməmizin diqqət mərkəzindədir, buna görə biz "Silk Way Airlines" ilə əməkdaşlığımıza çox şadıq, belə ki, bu, "Starwood"un Azərbaycanda ilk oteli olacaq. Bakı ölkənin əsas iqtisadi mərkəzi və regionda ən vacib turizm yerlərindən biridir. "Sheraton"un möhkəm reputasiyası gələcəkdə Bakının beynəlxalq turistlər üçün təyinat məntəqəsi kimi özünü nümayiş etdirməsinə xidmət edəcək", - "Starwood Hotels and Resorts Worldwide"ın rəhbəri Roeland Vos deyib.

"Sheraton Baku Airport Hotel" Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığında yerləşəcək. Otel 14-ü lüks olmaqla, 207 nömrədən ibarət olacaq. Oteldə restoran, istirahət yerləri və konfrans zalları olacaq.

Hazırda "Starwood" Şərqi və Mərkəzi Avropada 72 oteli, o cümlədən Moskavada 2 və Gürcüstanda 2 oteli istifadədir.

Xəbər lenti

Xəbər lenti